Emil Mustafayev Ukraynada klub dəyişdi
Azərbaycan millisinin futbolçusu Emil Mustafayev Ukraynada klubunu dəyişib.
90plus.az xəbər verir ki, yarımmüdafiəçi "Polissya"dan "Çernomorets"ə keçib.
Emil mövsümün sonuna kimi "Çernomorets"də icarədə olacaq.
Mustafayev hazırda "Çernomorets"lə Türkiyədə təlim-məşq toplanışındadır
Qeyd: Emil Ukraynada doğulub, Azərbaycan millisinin şərəfini qoruyur.
© Copyright 2026, All Rights Reserved