Emin Mahmudov: “Bizdə Soboslai kimi futbolçu yoxdur”

Emin Mahmudov: “Macarıstan qələbəyə layiq idi, bizdə Soboslai kimi futbolçu yoxdur”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov Macarıstanla keçirilən (1:2) yoldaşlıq oyunundan sonra komandanın çıxışını dəyərləndirib. O, rəqibin səviyyəsini vurğulayaraq, nəticənin ədalətli olduğunu bildirib:
“Macarıstan güclü komandadır və ümumilikdə qələbəyə layiq oyun göstərdilər. Biz istədiyimiz oyunu tam sərgiləyə bilmədik. Daha çox hücum etməyə çalışsaq da, imkanlarımızı dəyərləndirə bilmədik. Əslində daha yaxşı oynamaq olardı,” – deyə Mahmudov jurnalistlərə bildirib.
Təcrübəli yarımmüdafiəçi rəqib komandanın lideri Dominik Soboslaiyə də xüsusi diqqət ayırıb:
“Təəssüf ki, bizdə Soboslai kimi oyunçu yoxdur. O, yerindən 50 metrlik dəqiq ötürmələr verirdi. Belə futbolçuya qarşı oynamaq çətindir. Bu da oyunumuzu daha da ağırlaşdırdı.”
Kapitan qarşıdakı oyunlara nikbin yanaşaraq, çalışmağın vacibliyini vurğulayıb:
“Dayanmaq olmaz, daha çox işləməliyik.”
Qeyd: Bu oyun Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən öncə sonuncu sınağı idi. Komandamız seçmə mərhələyə sentyabr ayında start verəcək. Rəqiblər isə Fransa, Ukrayna və İslandiya yığmaları olacaq.
© Copyright 2025, All Rights Reserved