Emin Mahmudov: “Bugünkü oyunda maksimum bu idi”

Emin Mahmudov: “Mbappe bizi çox rahat keçirdi, əks-hücumda heç nə alınmadı”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirilən oyundan (0:3) sonra qarşılaşma barədə fikirlərini bölüşüb. 🇦🇿⚽️
Təcrübəli yarımmüdafiəçi oyundan sonra verdiyi açıqlamada rəqibin üstünlüyünü etiraf edib:
“Yenə də, keyfiyyət baxımından uduzurduq, Kilian Mbappe bizi çox rahat keçirdi. Çalışırdıq, rəqibi əks-hücumda tutaq, alınmırdı. Ən böyük problemimiz o oldu ki, əks-hücuma çıxa bilmədik. Çünki onlar bizi tez qarşılayıb, topu ələ keçirirdilər.
Yenə də, vuruşduq, çalışdıq. Bugünkü oyunda məncə, maksimum bu idi.”
Qeyd: Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi üç oyundan sonra cəmi 1 xal toplayıb.
© Copyright 2025, All Rights Reserved