Emin Mahmudov: "Milli səviyyəsində asan oyun olmur"
Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Sent Lüsiya yığması ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, yığmamızın kapitanı Emin Mahmudov oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
O bildirib ki, komanda üçün əsas məqsəd qələbə qazanmaqdır:
"Bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı oyun göstərək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik".
Kapitan rəqibin gücündən asılı olmayaraq hər matçın çətin keçdiyini vurğulayıb:
"Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun qalib gəlməliyik".
Qeyd: Azərbaycan – Sent Lüsiya görüşü martın 27-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved