Emin Mahmudov: "Millidə rekordla bağlı çox düşünmürəm"

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya - Azərbaycan matçı öncəsi təşkil olunan mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov oyun barədə fikirlərini paylaşdı.
90plus.az sizi Mahmudovun açıqlaması ilə tanış edir:
“Bizi sabah ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm.
Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq.
Sabah meydanda sözümüzü deməyə çalışacağıq".
© Copyright 2025, All Rights Reserved