Endrik “Lion”da ulduz kimi parıldayır: het-trik etdi
Endrik Liqa 1-də parlayır: “Lion”dan “Mets”ə 5 cavabsız zərbə, üçü Endrikdən...
90plus.az xəbər verir ki, Fransa Liqa 1-də “Real Madrid”dən icarəyə götürülən braziliyalı gənc hücumçu Endrik mövsümə möhtəşəm start verib. 19 yaşlı futbolçu “Lion”un səfərdə “Mets”i 5:2 hesabı ilə məğlub etdiyi oyunda het-trik edərək turun əsas fiquruna çevrilib.
Endrik matçın 11-ci dəqiqəsində Korentin Tolissoyun ötürməsindən sonra qapıçı Conatan Fişerin üzərindən zərif zərbə ilə hesabı açıb. Cəmi beş dəqiqə sonra Patrik Klyuvertin oğlu Ruben Klyuvert “Lion”un üstünlüyünü iki topa çatdırıb. Tayler Morton isə ilk hissənin ortalarında hesabı 3:0 edib.
“Mets”dən Koffi Kuao fərqi azaltsa da, Endrik fasiləyə qədər yenidən səhnəyə çıxaraq sürətli reyd və soyuqqanlı tamamlamayla ikinci qolunu vurub. İkinci hissədə Habib Diallo ev sahiblərinin ikinci qolunu atsada, görüşün sonlarında penaltidən fərqlənən Endrik het-trikini tamamlayıb.
Beləliklə, Endrik Liqa 1-də keçirdiyi son 3 oyunda 5 qola töhfə verib – 4 qol və 1 assist. O, daha əvvəl “Lill”ə qol vurub, “Brest”lə oyunda isə məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə sayəsində turnir cədvəlində 4-cü yerdə qərarlaşan “Lion”, yaxın izləyicisi “Lill” üzərində xal fərqini 4-ə yüksəldib. “Lill” növbəti turda “Strasburq”u qəbul edəcək.
Endrikin Liqa 1-dəki bu yüksəlişi davam edir...
© Copyright 2026, All Rights Reserved