Endrik “Lion”dakı əla debütündən ağlzdolusu danışdı
Endrik “Lion”da uğurlu debüt edib və fikirlərini söyləyib.
90plus.az xəbər verir ki, “Real Madrid”in futbolçusu Endrik icarə əsasında çıxış etdiyi “Lion” klubunda ilk oyununu keçirib və dərhal yadda qalan performansla fərqlənib. Gənc hücumçu debüt matçında qol vuraraq komandasının Fransa Kubokunda növbəti mərhələyə yüksəlməsinə mühüm töhfə verib.
Qarşılaşmadan sonra Endrik Fransadakı ilk günləri və oyunu ilə bağlı fikirlərini bölüşüb. Braziliyalı futbolçu “Lion”dakı adaptasiya prosesinin çox uğurlu keçdiyini bildirib:
“İlk iki həftəm çox yaxşı keçdi, özümü çox xoşbəxt hiss edirəm. İlk oyunumda qol vurdum və qalib gəldik. Bu, məni çox sevindirdi. Komandaya uyğunlaşmışam, özümü evdəki kimi hiss edirəm. Məşqçilər heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm”.
Endrik “Lion”un oyun üslubunun ona tam uyğun olduğunu da vurğulayıb:
“Komandanın oyun tərzi mənə çox uyğundur, ‘Palmeyras’dakı oyunumuzu xatırladır. Baş məşqçiyə demişəm ki, komandaya kömək etmək üçün istənilən mövqedə oynamağa hazıram”.
Sonda futbolçu əsas məqsədinin komanda uğuru olduğunu qeyd edib:
“Mənim üçün əsas olan ‘Lion’la birlikdə qələbələr qazanmaqdır. Bunun qollarla, assistlərlə və ya müdafiədə kömək etməklə olmasının fərqi yoxdur”.
Beləliklə, Endrik “Lion” karyerasına həm fərdi, həm də komanda baxımından ideal başlanğıc edib.
© Copyright 2026, All Rights Reserved