Endrik zəifləyib, xəbərdarlıq aldı
"Lyon"da icarə əsasında çıxış edən Endrik son oyunlarda formasının zəifləməsi səbəbilə diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, qış transfer pəncərəsində "Real Madrid"dən "Lyon"a keçən braziliyalı futbolçu əvvəlcə parlaq çıxışı ilə fərqlənsə də, son vaxtlar onun performansında eniş müşahidə olunur.
19 yaşlı oyunçu son 4 matçda cəmi 1 məhsuldar ötürmə edib, "Lyon" isə bu oyunların heç birində qalib gələ bilməyib. Onun ümumi performansı tənqid edilib və baş məşqçi Paulo Fonseka ona daha ciddi işləməsi barədə xəbərdarlıq edib.
Endrikin meydandakı bədən dili də sual doğurub, lakin onun ətrafı bunu inam azlığı və məyusluqla izah edir.
Futbolçu bu mövsüm "Lyon"da 16 oyunda 6 qol və 5 asistə imza atıb.
© Copyright 2026, All Rights Reserved