Endrikin atası: “Özünü ucaldan alçaldılacaq, özünü alçaldan isə ucaldılacaq”
“Real Madrid” mövsümdə ikinci dəfə məğlub olduğu “Selta Viqo” qarşılaşmasında Endrik yenə də ehtiyat oyunçular skamyasında qalıb.
Braziliyalı hücumçu bu mövsüm Madrid klubunda cəmi 11 dəqiqə meydanda olub və vəziyyəti getdikcə daha da ümidsiz görünür.
90plus.az xəbər verir ki, “Selta” ilə oyundan sonra Endrikin atası Duqlas de Souza Silva Ramos oğlunun ehtiyat skamyasında oturduğu fotonu paylaşaraq ona “Matta 23:13” ayəsini əlavə edib. Ayədə deyilir: “Özünü ucaldan alçaldılacaq, özünü alçaldan isə ucaldılacaq.”
Şübhə yoxdur ki, Endrikin atası bu mesajı “Real Madrid”ə, xüsusən də Alonsoya oğluna göstərilən münasibətə görə ünvanlayıb.
Hakim raportuna əsasən, Endrik “Selta”ya qarşı matçda ehtiyat skamyasından qalxaraq texniki zonanı tərk etdiyi, dördüncü hakimə qışqırdığı və məşqçilər tərəfindən çətinliklə saxlanıldığı üçün qırmızı vərəqə alıb.
© Copyright 2025, All Rights Reserved