Endrikin icarəsi son anda alınmadı

Endrikin icarəyə verilməsi son anda baş tutmayıb.
90plus.az xəbər verir ki, "Real Madrid”in gənc hücumçusu Endrikin “Real Sosyedad”a icarəyə verilməsi planı son anda baş tutmayıb.
İspaniyanın COPE radiosunun məlumatına görə, braziliyalı futbolçunun 2024/25 mövsümünü San-Sebastyen təmsilçisində keçirməsi planlaşdırılsa da, son anda baş verən zədə bu keçidə mane olub.
Madrid klubu transferi riskli hesab etdiyindən, Endrikin yay transfer dövründə komandadan ayrılmaması qərara alınıb.
Qeyd: 17 yaşlı forvard bu yay “Real Madrid”ə rəsmi olaraq qoşulub və Xabi Alonsonun rəhbərliyi altında əsas heyət üçün mübarizə aparacaq.
© Copyright 2025, All Rights Reserved