Endrikin “Real”da işi çətindir. İstedad 3-cü plana keçib

“Real Madrid” Endriki qışda icarəyə verməyi düşünür 🇪🇸🚨
90plus.az xəbər verir ki “Real Madrid”də Kilian Mbappe start heyətin əsas, toxunulmaz oyunçusu hesab olunur. Xabi Alonsonun planlarında Qonsalo Ramos isə fransız ulduzun əsas əvəzləyicisi kimi nəzərdə tutulub.
“Diario AS” xəbər verir ki, bu vəziyyət fonunda “Real Madrid” rəhbərliyi gənc hücumçu Endriki yanvarda başqa bir kluba satın alma hüququ olmadan icarəyə verməyə hazırdır. Məqsəd futbolçunun daha çox oyun təcrübəsi qazanması və 2026-cı il Dünya Çempionatında Braziliya millisinin heyətinə düşmək şansını artırmaqdır.
Bununla belə, 19 yaşlı forvardın özü hələ də “kral klubu”nun heyətində uğur qazanmaq niyyətindədir. Endrik “Real Madrid”də oynamaq üçün uzun müddətdir çalışdığını və Madrid klubunun düşərgəsində özünü sübut etmək istədiyini bildirib.
Qeyd: Gənc braziliyalı bu mövsüm məhdud oyun vaxtı alsa da, onun potensialı və gələcəyi “Real Madrid” rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved