Enzo Fernandezin üzrü gəldi

Enzo Fernandezin Fransa komandasının üzvləri haqqında səsləndirdiyi təhqiramiz ifadələr tez-tez gündəmdə qalmağa davam edir.
90plus.az xəbər verir ki, argentinalı futbolçu irqçi və homofobik sözlər dediyi üçün komanda yoldaşlarından üzr istəyib.
2023-cü ilin yanvarında İngiltərənin "Benfika" klubundan 106,8 milyon funt-sterlinq qarşılığında rekord məbləğdə müqavilə imzalayaraq transfer edilən Fernandezin cərimələnəcəyi və irqçiliklə bağlı təhsil kursuna göndəriləcəyi gözlənilir.
Çelsi komandasının rəsmiləri ona qarşı daxili intizam işlərinə və rəsmi proseduraya başladıqlarını bildirib.
Qeyd: Yarımmüdafiəçi "Instagram"da özünün və Argentina komanda yoldaşlarının Amerika Kubokunun finalında Kolumbiyaya qarşı qazandıqları qələbəni qeyd edərkən qeyri-etik şüarlara qarışdığını göstərən video yayımlayıb. O, daha sonra üzr istəyib və videonun "mənim inanclarımı və xarakterimi əks etdirmədiyini" deyib.
© Copyright 2025, All Rights Reserved