Enzo Mareska: “Belə davam etsələr, 'Liverpul'a çatmaq mümkünsüz olacaq”

İngiltərə Liqa Kubokunun 3-cü turunda bu gün səfərdə "Linkoln Siti" ilə qarşılaşacaq "Çelsi"nin baş məşqçisi Enzo Mareska oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, Mareska yay transfer dönəmində heyətini güclü adlarla möhkəmləndirən "Liverpul"un bu mövsüm də Premyer Liqanın əsas çempionluq namizədlərindən biri olduğunu bildirib.
İtaliyalı mütəxəssis açıqlamasında deyib:
“Belə davam etsələr, onları yaxalamaq mümkünsüz olacaq. Bu, təkcə bizim üçün deyil, bütün klublar üçün keçərlidir.”
O, əlavə edib ki:
“Keçən ildən bu yana əla iş görürlər. Transfer etdikləri futbolçular klubun həm Premyer Liqa, həm də Çempionlar Liqasını qazanmaq istədiyini aydın şəkildə göstərir.”
Baş məşqçi Arne Slotun rəhbərliyi altında "Liverpul" yay transfer dönəmində aşağıdakı futbolçuları heyətinə qatıb:
Aleksandr İsak
Florian Virts
Uqo Ekitike
Miloş Kerkez
Jeremi Frimpong
Covanni Loeni
Armin Petşi
Freddi Vudman
Klub transferlərə təxminən 500 milyon avro xərcləyib, eyni zamanda futbolçu satışlarından 220 milyon avroya yaxın gəlir əldə edib.
© Copyright 2025, All Rights Reserved