Enzo Mareska: “Bunlar şayiədir”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska "Mançester Siti"də Pep Qvardiola ilə əvəzlənəcəyi xəbərlərindən sonra ilk dəfə açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi mətbuat konfransında deyib:
“Bu, mənə ümumiyyətlə təsir etmir. Bunun 100 faiz spekulyasiya olduğunu bilirəm və hazırda bu cür mövzular üçün vaxt yoxdur.
Burada 2029-cu ilə qədər müqaviləm var və diqqətim tam olaraq bu kluba yönəlib. Burada olduğum üçün çox qürur duyuram. Bu, sadəcə spekulyasiyadır. Bir həftə əvvəl də eyni söhbətlər “Yuventus”la bağlı idi, ona görə də buna diqqət yetirmirəm.
Yenə deyirəm, bu, sadəcə spekulyasiyadır, şayiədir. Bu xəbərlərin niyə ortaya çıxdığını anlamaq vacibdir, amma bu, mənim işim deyil. Məni qətiyyən maraqlandırmır və bütün diqqət “Nyukasl”la oyundadır.”
ℹ️ "Nyukasl - Çelsi" matçı sabah saat 16:30-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved