Eqoist davranışlar Bardaqjini mundialdan kənar qoydu
Bardaqji dünya çempionatından kənarda qaldı – səbəb davranışı oldu.
90plus.az xəbər verir ki, İsveç millisinin gənc futbolçusu Runi Bardaqji qarşıdakı dünya çempionatı üçün heyətə daxil edilməyib.
“Aftonbladet” nəşrinin yaydığı məlumata görə, buna səbəb oyunçunun milli komandadakı davranışı və münasibəti olub. Bildirilir ki, baş məşqçi Grem Potter komanda daxilində atmosferi qorumağı daha vacib hesab edib.
Mənbənin iddiasına görə, Bardaqji mart ayında açıqlanan son heyətdə yer alsa da, bir dəqiqə belə forma şansı qazanmayıb. Gənc futbolçu bunun səbəbini məşqçilər korpusundan tələb edib və ona qərarın sırf texniki seçim olduğu bildirilib.
Hadisələrin daha sonra komandanın dünya çempionatına vəsiqəni qeyd etdiyi şam yeməyində gərginləşdiyi qeyd olunur. İddiaya əsasən, Runi Bardaqji komanda yoldaşlarının sevincinə qoşulmayıb və narazı davranışlar sərgiləyib.
Nəşr yazır ki, Grem Potter futbolçunun bu davranışını eqoist yanaşma kimi qiymətləndirib. İngiltərəli mütəxəssis heyətdəki 26 oyunçu arasında münasibətlərin yüksək səviyyədə olmasını prioritet saydığı üçün Bardaqjini yekun siyahıya salmayıb.
Qeyd olunur ki, Potter futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirsə də, bu münasibətlə dünya çempionatında komandaya faydalı olmayacağını düşünür.
© Copyright 2026, All Rights Reserved