Erik ten Haq siftəni bərbad etdi - 5 qol yedi

"Bayer Leverkuzen" "Flamenqo"nun U-20 komandasına uduzdu.
90plus.az xəbər verir ki, "Real Madrid"ə keçən Xabi Alonsonun yerinə baş məşqçi postuna Erik ten Haq gətirilən "Bayer Leverkuzen" ilk hazırlıq matçında gözlənilməz nəticə ilə üzləşib.
Almaniya təmsilçisi Braziliyanın "Flamenqo" U-20 komandası ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub. "Flamenqo"nun qollarını Loran, Artur (avtoqol), Qonçalves, Leao və Souza vurub. "Bayer Leverkuzen"də isə Külbreat fərqlənib.
Hollandiyalı çalışdırıcı oyundan sonra açıqlama verərək nəticəni önəmsəmədiyini deyib:
“Yaxşı nəticə əldə etmədik, amma hazırlıq matçlarının nəticələrini həqiqətən umursamıram. Təbii ki, heç vaxt uduzmamalıyıq, amma mənim üçün əsas olan futbolçularımı itirməməkdir,” – deyə Erik ten Haq bildirib.
© Copyright 2025, All Rights Reserved