Erik Ten Haqa vətənində təyinat verdilər - Bu kluba keçdi
Erik ten Haq mövsümdə ikinci komandası ilə razılaşdı.
90plus.az xəbər verir ki, hollandiyalı baş məşqçi Erik ten Haq “Bayer Leverkuzen”dən ayrıldıqdan sonra bu mövsüm ikinci komandası ilə müqavilə imzalayıb. Təcrübəli mütəxəssis ölkəsinin klublarından olan “Tvente”nin baş məşqçisi təyin olunub.
Uğurlu “Ayaks” karyerasından sonra “Mançester Yunayted” və “Bayer Leverkuzen”də gözləntiləri doğrulda bilməyən Erik ten Haq Almaniya təmsilçisindən qovulduqdan 4 ay sonra yeni iş tapıb. “Tvente” rəhbərliyi hollandiyalı mütəxəssislə razılığa gəlib.
Erik ten Haq “Tvente” ilə 1,5 illik müqavilə imzalayıb. Komanda Hollandiya çempionatında keçirdiyi 17 oyunda 6 qələbə, 7 heç-heçə və 4 məğlubiyyətlə 25 xal toplayaraq turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved