Ten Haq Almaniyada yenidən doğulur! RƏSMİ

2024-cü ilin oktyabr ayında “Mançester Yunayted”dəki vəzifəsindən ayrılan hollandiyalı baş məşqçi Erik ten Haqın yeni ünvanı rəsmən elan edilib. Təcrübəli mütəxəssis karyerasını Almaniyada davam etdirəcək.
90plus.az xəbər verir ki, Bundesliqanın son çempionu olan “Bayer Leverkuzen” klubunun yeni baş məşqçisi Erik ten Haq oldu. Klubdan verilən açıqlamada, hollandiyalı çalışdırıcı ilə 2027-ci ilədək müqavilə imzalandığı bildirilib.
“‘Bayer 04’ Almaniyanın ən yaxşı klublarından biridir və eyni zamanda Avropanın elita komandaları arasında yer alır. Klub yüksək səviyyəli şərait təqdim edir və məsul şəxslərlə apardığım danışıqlardan çox təsirləndim. ‘Leverkuzen’e son illərdə artan iddialarını gerçəkləşdirmək üçün gəlmişəm. Bu çətin dönəmdə birgə nələrsə qurmaq və iddialı bir komanda inkişaf etdirmək çox həyəcanverici bir missiyadır,” – deyə Erik ten Haq bildirib.
Ten Haqın gəlişi “Real Madrid”ə keçən Xabi Alonsonun yerini doldurmaq məqsədi daşıyır. Yeni mövsümdə “Bayer Leverkuzen”in Avropa və Bundesliqa arenalarında necə çıxış edəcəyi isə böyük maraq doğurur.
© Copyright 2025, All Rights Reserved