Eriksen Almaniya yolçusudur

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Kristian Eriksenin “Volfsburq” klubuna keçidi reallaşmaq üzrədir.
90plus.az xəbər verir ki, bu məlumatı almaniyalı jurnalist Florian Plettenberq yayıb.
Hazırda azad agent statusunda olan danimarkalı futbolçunun Bundesliqa təmsilçisinə transferi yaxın günlərdə rəsmiləşə bilər. Hazırda tərəflər transferin son detallarını müzakirə edirlər.
Xatırlatma: Eriksen 2022-ci ildən “Mançester Yunayted”in formasını geyinirdi. O, klubun heyətində ümumilikdə 107 matçda iştirak edib, 8 dəfə fərqlənib və 19 qol ötürməsi ilə yadda qalıb. Təcrübəli futbolçu “qırmızı şeytanlar”ın heyətində həm İngiltərə kubokunu, həm də Liqa kubokunu qazanıb.
© Copyright 2025, All Rights Reserved