Erlinq Haaland: “Bütün klub bunu motivasiya kimi istifadə etməlidir“
Erlinq Haalandın qolu "Mançester Siti"nin "Bornmut"la 1:1 hesablı heç-heçəsində yetərli olmadı və bu nəticə Arsenala 2025/26 mövsümünün Premyer Liqa çempionluğunu qazandırdı.
90plus.az xəbər verir ki, oyundan sonra norveçli hücumçu uğursuz nəticəyə belə münasibət bildirdi:
“Bütün klub bunu motivasiya kimi istifadə etməlidir. Qəzəbli olmalıyıq, içimizdəki odu hiss etməliyik, çünki bu, kifayət qədər yaxşı deyil.
Artıq iki ildir ki, Premyer Liqanı qazana bilmirik, bu isə əbədiyyət kimi hiss olunur. Gələn mövsüm burada olacaq hər kəslə birlikdə liqanı qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Azarkeş dəstəyi yenə hər şey deməkdir. Çərşənbə axşamı axşam saat 20:00-da Bornmutda, uzun səfərdə 1:0 geridə olsaq belə, bizi dəstəkləməyə davam etdilər. Nə deyə bilərik ki?! Sadəcə təşəkkür edirik! Onların dəstəyi bizim üçün çox önəmlidir və bəzən bunu kifayət qədər göstərməsək də, hər birinizi qiymətləndiririk!”
© Copyright 2026, All Rights Reserved