Ertem Şener “Qarabağ” və Qurbanova ürək sözlərini paylaşdı
Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener sosial şəbəkədə Qurban Qurbanovla bağlı paylaşım edib. Təcrübəli jurnalist “Qarabağ”ın baş məşqçisini və klub rəhbərliyini yüksək sözlərlə qiymətləndirib.
90plus.az xəbər verir ki, Şener paylaşımında Qurbanovun uzun illərdir göstərdiyi sabit və uğurlu işə toxunub:
“Daim inkişaf edən və komandasını da inkişaf etdirən bir baş məşqçi – Qurban Qurbanov. 18 ildə 11 çempionluq, 5 Azərbaycan kuboku. Tahir prezident isə rəhbərliyi ilə tarix yazır. Qələbələrin bol olsun, hörmətli Qurban Qurbanov və Qarabağ.”
Qurban Qurbanov “Qarabağ”ı uzun müddətdir Azərbaycan çempionatının liderinə çevirib və komandanın həm ölkə daxilində, həm də Avropa arenasında davamlı uğurlu çıxış etməsinə nail olub. Klubun prezidenti Tahir Gözəlin də rəhbərlik strategiyası təqdir edilir.
Azərbaycan futbol ictimaiyyəti də Ertem Şenerin bu fikirlərini müsbət qarşılayıb və “Qarabağ”ın ardıcıl uğurlarını xüsusi vurğulayıb.
Qurbanov və komandasının növbəti hədəfi həm yerli turnirlərdə üstünlüyü qorumaq, həm də Avropada daha irəli getməkdir.
© Copyright 2025, All Rights Reserved