Estevao ilin ən yaxşı gənc futbolçusudur
“Çelsi”nin üç üzvü – Estevao Uilyan, Alissa Tompson və Milli Brayt 2026-cı ildə Uayt-Sitidə keçirilən London Futbol Mükafatlarında təltif olunublar.
90plus.az xəbər verir ki, Estevao “Stemford Bric”də keçirdiyi təsirli debüt mövsümündən sonra kişilər arasında ilin ən yaxşı gənc futbolçusu seçilib. 18 yaşlı oyunçu 32 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Adam Uorton, Maykl Kayode, Coş Kinq və Oliver Skarlsı qabaqlayıb.
Tompson isə bu mövsüm vurduğu 8 qoldan sonra qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu mükafatını qazanıb. Brayt isə “Çelsi Fondu” vasitəsilə autizm və ADHD barədə maarifləndirmə işinə görə PFA-nın qadın futbolunda “cəmiyyətdə ən yaxşı oyunçu” mükafatına layiq görülüb.
© Copyright 2026, All Rights Reserved