“Everton” 10 nəfərlə “Man Yunayted”i uddu
On nəfərlə qalan “Everton” “Old Trafford”da nadir və inanılmaz qələbəni qorumağı bacardı.
90plus.az xəbər verir ki, "Everton"dan İdrissa Quye matçın cəmi 13-ci dəqiqəsində hücumu necə qarşılamaqla ə bağlı söylədiyi sözlərə əsəbiləşərək komanda yoldaşı Maykl Kini vurub qırmızı vərəqə alıb
İngiltərə yığmasının qapıçısı Cordan Pikford isə Quyeni sakitləşdirməyə çalışıb. Quye Kinə yaxınlaşaraq onun yanağına yüngül zərbə vurdu. Bu hərəkət hakim Toni Harrinqton tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Hadisədən sonra Kin də əsəbi şəkildə Quyeni meydanı tərk etməyə çağırdı.
Bu insident “Nyukasl”da oynadıqları dövrdə Li Bouyer və Kiran Dayrın bir-birilə dalaşaraq meydandan qovulduqları hadisəyə bənzəyir
Quyenin qırmızı vərəqəsi qonaqlar üçün faciəvi başlanğıcın bir hissəsi idi. Onlar həmçinin mövsümdə ilk dəfə liqa matçına start verən kapitan Şeymus Kolmeni də cəmi 10-cu dəqiqədə zədəyə görə itirdilər.
İnanılmaz şəkildə, turnir cədvəlində qələbə halında beşinci yerə yüksəlmə şansı olan və 1992-ci ilin avqustundan bəri “Old Trafford”da cəmi bir dəfə qalib gəlmiş “Mançester Yunayted”ə qarşı oynayan “Everton” ilk hesabı açan tərəf oldu.
Gözlənildiyi kimi, “Yunayted” bərabərlik qolu üçün rəqibini böyük təzyiq altına aldı. Amma qol gəlmədi və “Everton” bir nəfər azlıqda qalmasına baxmayaraq “Old Trafford”da Premyer Liqa matçında qalib gələn ilk səfər komandası kimi tarixə düşdü.
Bu gecə həm də “Mançester Yunayted”in sabiq baş məşqçisi Devid Moyes üçün xüsusi əhəmiyyət daşıyırdı. O, Premyer Liqada rəqib komandanın çalışdırıcısı kimi bu stadionda ilk dəfə qələbə qazandı:
Man Yunayted 0 - 1 Everton
Dyusböri Hol 29’
📹 Qırmızı vərəqə və qol epizodu
https://t.me/doxsanplus/111126
ℹ️ Hər iki klubun 18 xalı var:
10. Man Yunayted
11. Everton
© Copyright 2026, All Rights Reserved