“Everton” Cek Qrilişi istəyir
“Everton” Cek Qrilişi transfer etmək istəyir.
90plus.az xəbər verir ki, İngiltərənin “Everton” klubu yay transfer pəncərəsində “Mançester Siti”nin vingeri Cek Qrilişi transfer etmək niyyətindədir.
Məlumata görə, Liverpul təmsilçisi futbolçu üçün 20 milyon funt sterlinq məbləğində təklif hazırlayır. Bildirilir ki, Qriliş artıq “Everton”a keçidə razılıq verib və yayda tərəflər arasında rəsmi danışıqlar başlayacaq.
Planlaşdırılan müqavilə 3 illik olacaq. Sazişə əsasən, müqavilənin müddəti 2031-ci ilin yayına qədər uzadıla bilər.
Qeyd: Cek Qriliş 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə transfer olunub və komanda ilə bir sıra titullar qazanıb. Lakin son mövsümlərdə əsas heyətdə yerini tam olaraq möhkəmlədə bilmədiyi üçün onun komandadan ayrılacağı ehtimal olunur.
© Copyright 2026, All Rights Reserved