“Everton” ingilis müdafiəçi ilə müqaviləni yeniləyib

İngiltərənin "Everton" klubu mərkəz müdafiəçisi Ceyms Tarkovskinin klubla yeni müqavilə imzaladığını açıqlayıb.
90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçu ilə bağlanan yeni müqavilə 2028-ci ilin yayına kimi qüvvədə olacaq.
Xatırlatma: İngiltərə millisinin keçmiş üzvü olan Tarkovski 2022-ci ildən “Everton”un formasını geyinir. 32 yaşlı müdafiəçi cari mövsümdə komandasının heyətində 9 rəsmi oyunda meydana çıxıb.
© Copyright 2025, All Rights Reserved