Fabreqas “Man Siti”yə rəhbərlik edə bilər

“Mançester Siti”nin növbəti baş məşqçisi Sesk Fabreqas ola bilər.
90plus.az xəbər verir ki, “Mançester Siti” rəhbərliyi hazırda İtaliya “Komo”suna başçılıq edən Sesk Fabreqasın işini yaxından izləyir. Klubun idman departamenti 38 yaşlı mütəxəssisin taktiki yanaşmalarını yüksək qiymətləndirir və onun gələcək üçün potensial namizədlərdən biri olduğunu düşünür.
Hazırda “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin onun daha erkən ayrılması ehtimalı istisna edilmir. Qvardiola gələn yay və ya müqaviləsinin sonunda klubdan ayrılsa, “Mançester Siti” rəhbərliyi Fabreqasa rəsmi təklif göndərə bilər.
Xatırlatma: Sesk Fabreqas 2023-cü ildən “Komo” klubunda məşqçilik fəaliyyətinə başlayıb və qısa zamanda taktiki yanaşmaları ilə diqqət çəkib.
📰: CaughtOffside
© Copyright 2025, All Rights Reserved