Federiko Valverde hamını qabaqladı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, "Real"ın oyunçusu Federiko Valverde həftənin ən yaxşısı adına layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçi UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Maykl Olise ("Bavariya"), Xulian Alvares ("Atletiko") və Xviça Kvaratsxeliya (PSJ) üzərində üstünlük qazanıb.
Federiko Valverde "Real"ın "Mançester Siti"ni məğlub etdiyi görüşdə komandasına qələbə gətirən qolları vurub.
© Copyright 2026, All Rights Reserved