“Ferentsvaroş”da son dəqiqə ayrılığı: Adama Traore getdi

Bu gecə Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ferentsvaroş”da ayrılıq yaşanıb.
90plus.az xəbər verir ki, qarşılaşmaya saatlar qalmış Macarıstan klubu Adama Traorenin komandadan ayrıldığını açıqlayıb.
Rəsmi saytda yayılan məlumata görə, 28 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
O, Superliqaya yeni yüksələn “Gənclərbirliyi” ilə razılığa gəlib.
© Copyright 2025, All Rights Reserved