“Ferentsvaroş”un futbolçusu: “Burunlarına bibər qazı sıxacağıq”

Aleks Tot: “Qarabağ”ın sevinci bizə əlavə motivasiya verdi”.
90plus.az xəbər verir ki, “Ferensvaroş”un futbolçusu Aleks Tot UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyundan (1:3) sonra açıqlama verib.
Macar yarımmüdafiəçi rəqibin matçdakı sevincini tənqid edib:
“Özünə həddən artıq güvənən rəqibi səfərdə təəccübləndirəcəyik. “Qarabağ”ın futbolçuları elə sevinirdilər ki, sanki artıq əsas mərhələyə yüksəliblər. Bu, bizim üçün xoş olmadı.
Onların burunlarına bibər qazı sıxacağıq. Ola bilsin, o cür sevinməklə bizə yaxşılıq etdilər. Əminəm ki, sonda xoşbəxt olan tərəf biz olacağıq”.
Qeyd: “Qarabağ” – “Ferensvaroş” cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved