"Ferentsvaroş"un futbolçusu: "Qarabağ"la oyunlar həyəcanverici olacaq"

“Ferentsvaroş” klubunun futbolçusu Qavriel Kanikovski UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, israilli hücum yönümlü yarımmüdafiəçi yeni komandasına uyğunlaşma prosesinin uğurla davam etdiyini bildirib:
“Sabahkı qarşılaşma hər kəs üçün böyük bir həyəcan doğurur. 2022-ci ildə bu komanda ilə qarşılaşmışdıq. O vaxtdan həm ‘Qarabağ’ın, həm də bizim heyətimizdə dəyişikliklər olub. Əsas məsələ öz oyunumuzu göstərməkdir. Yeni bir komandaya alışmaq futbolçu üçün heç vaxt sadə olmur. Amma baş məşqçi və komanda yoldaşlarım bu keçid dövrünü rahat keçirməyim üçün çox dəstək olurlar. Burada olmaq mənim üçün xoşdur. Ailəm də Budapeştdə özünü rahat hiss edir. Əvvəllər bir qədər daha geridə çıxış etmişəm, fərqli sistemlərdə oynamışam. Ancaq indi məşqçinin mənim üçün nəzərdə tutduğu mövqedə komandama faydalı olmağa hazıram.”
Xatırlatma: “Ferentsvaroş” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved