Fernandeş: “Portuqaliyaya qayıtmaq barədə düşünmüşəm”
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş futbolçu karyerasındakı gələcəyi ilə bağlı səmimi fikirlərini bölüşüb və klub tərəfindən dəyər gördüyü müddətdə “Old Trafford”da qalmaq istədiyini etiraf edib.
90plus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi əsas prioritetinin “Mançester Yunayted”də qalmaq olduğunu vurğulasa da, digər liqalara marağını gizlətməyib:
“Özümü yaxşı hiss etdiyim müddətdə ‘Mançester Yunayted’də qalmaq istəyirəm. İspaniya liqasında oynamaq və İtaliyada böyük titullar uğrunda mübarizə aparmaq istərdim. İtaliya ilə çox bağlarım var… qızım orada anadan olub.
Portuqaliyaya qayıtmaq barədə də artıq düşünmüşəm… ilk seçim ‘Sporting’ olardı. ‘Sporting’lə olduğu kimi xoşbəxt olmaq üçün. Amma orada qalan imici korlamaq istəmirəm.
Oraya sürünə-sürünə qayıtmaq istəmirəm, əksinə, nəsə qatmaq istəyirəm. Hətta yaşlı vaxtımda rayon (district) futbolunu da sınamaq. Orada sevgi üçün oynayırsan, hər şey fərqli hiss olunur. Rayonda oynayan dostlarım var”, – deyə Bruno bildirib.
Həmçinin oxu: https://90plus.az/bruno-fernandes-klubu-tnqid-etdi/xeber/
© Copyright 2025, All Rights Reserved