Fernando Santos sabiq komandasına dönür

“Panatinaikos” Fernando Santosla maraqlanır.
90plus.az xəbər verir ki, “Panatinaikos” klubu Rui Vitoriyanın gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirir. Afinanın təmsilçisi bu vəzifə üçün keçmiş baş məşqçisini gündəmə gətirib.
Yunanıstan mətbuatında yer alan məlumatlara görə, “Panatinaikos” texniki zonaya Fernando Santosu gətirməyi planlaşdırır.
Portuqaliyalı mütəxəssis 2002/2003 mövsümündə Yunanıstan təmsilçisində çalışıb.
Son olaraq Azərbaycan millisində çalışan 70 yaşlı baş məşqçi 2023/2024 mövsümündə “Beşiktaş” klubunda da fəaliyyət göstərmişdi.
© Copyright 2025, All Rights Reserved