Fernando Santuş: "Futbolçular qol buraxan kimi həvəsdən düşürlər"
Azərbaycan millisinin baş məşqçisi Haiti ilə yoldaşlıq oyunundan sonra dediyi fikirləri təkzib edib.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Belarusla sabah keçiriləcək yoldaşlıq oyununa həsr olunan mətbuat konfransında iki gün əvvəlki fikirlərinin düzgün başa düşülmədiyini bildirib.
Həqiqətənmi, keçən dəfəki oyuna məğlubiyyət üçün meydana çıxmışdı?
“Mən belə açıqlama verməmişəm. Sadəcə dedim ki, meydana girdik və dərhal məğlub olmağa başladıq. Sonra əlavə etdim ki, komanda birinci hissədə qol epizodları yaratdı, ancaq epizodları konkretləşdirə bilmədik”.
Komandanın tez təslim olması haqqında:
“İkinci hissədə dəyişiklik etmək istəsək də, qapıda ikinci qolu gördük. Bundan sonra isə komanda təslim oldu. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qələbə qazana bilsinlər.
Mental məsələlərdən şikayətlənməsi, bunu düzəldə bilməməsi haqda: "6 oyundur, burdayam, bir il deyil".
VİDEO:https://t.me/doxsanplus/100158
Qeyd: Azərbaycan – Belarus qarşılaşması sabah keçiriləcək.
© Copyright 2026, All Rights Reserved