Fernandu Santuş: “Doğru yoldayıq”

Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var".
90plus.az xəbər verir ki, bu gün futbol millimizin hücumçusu Mahir Emreli və baş məşqçi Fernandu Santuş İsveçlə oyundan öncə mətbuat konfransında çıxış ediblər.
Mahir Emreli: "Cüzi də olsa şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğuru nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır".
"Slovakiya ilə oyunda qırmızı vərəqə almasaydım, bəlkə, fərqli olardı. Məsuliyyətimi başa düşürəm, komandanı çətin vəziyyətdə qoydum. Sabah bunu unutdurmağa çalışacağam".
VİDEO: https://t.me/doxsanplus/92876
Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq".
"Əlbəttə ki, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirdi. Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. Təəssüf ki, gəldiyim vaxtdan bu yana qələbə qazana bilməmişik. Ancaq inanıram ki, tez bir zamanda uğursuzluq zolağından çıxacağıq".
Xatırlatma: İsveç - Azərbaycan görüşü 19 noyabr saat 23:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved