Ferndandu Santuş: "Kapitan da Emin olacaq, penalti vuran da”

Azərbaycan milli komandası sabah Latviya yığması ilə səfərdə yoxlama görüşünə çıxacaq.
90plus.az xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında milli komandamızın baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb:
"Təlim-məşq toplanışının əvvəlindən futbolçular özlərini çox yaxşı tərəfdən göstərirlər. Onlardan nələr tələb etdiyimi başa düşürlər. "Qarabağ" və "Sabah"ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq."
Qeyd: Millimiz sabah saat 17:00-da Latviyalı həmkarları ilə yoxlama matçına çıxacaq.
© Copyright 2025, All Rights Reserved