Ferqüson işlərini oğluna tapşırdı

"Mançester Yunayted"in əfsanəvi keçmiş baş məşqçisi ser Aleks Ferqyuson öz şirkəti "ACF Sports Promotions"-in direktoru vəzifəsindən istefa verib.
90plus.az xəbər verir ki, biznes hazırda 24,3 milyon funt sterlinq dəyərində aktiv və investisiya toplayıb. Aktivlərin bəzilərinə 2 milyon funt sterlinqdən çox dəyərində olan və müxtəlif muzeylərdə və universitetlərdə nümayiş etdirilən idman xatirələri kolleksiyası daxildir.
Biznesin həmçinin 19 milyon funt-sterlinq investisiya portfeli və 5,1 milyon funt-sterlinq pul ehtiyatı var.
Ferqyuson şirkəti 1983-cü ildə "Aberdin"i idarə edərkən təsis edib. “Mançester Yunayted”in keçmiş sükançısının oğlu Mark Ferqyuson direktor postunu tutub.
© Copyright 2025, All Rights Reserved