FIBA Qadınlar Avropa Liqasında komandalar bəlli oldu

FIBA Qadınlar Avropa Liqasının 2025–2026 mövsümündə iştirak edəcək komandalar açıqlanıb.
90plus.az xəbər verir ki, yeni mövsümün püşkatması 23 iyul çərşənbə günü Almaniyanın Münhen şəhərində keçiriləcək. Turnirin qrup mərhələsinə ümumilikdə 16 komanda qatılacaq. Bunlardan 11-i birbaşa vəsiqə alıb, 5-i isə təsnifat mərhələsini keçdikdən sonra qrupa qoşulacaq. Təsnifat oyunlarında məğlub olan komandalar FIBA Qadınlar Avropa Kubokunun qrup mərhələsində çıxış edəcəklər.
"Fənərbağça" (Türkiyə)
"ÇİMSA ÇBK Mersin" (Türkiyə)
"Basket Landes", "Flammes Carolo Basket" (Fransa)
"Valencia Basket", "Spar Girona" (İspaniya)
"Beretta Famila Schio" (İtaliya)
"ZVVZ USK Prag" (Çexiya)
"Sopron Basket" (Macarıstan)
"VBW Arka Gdynia" (Polşa)
"Olympiakos SFP" (Yunanıstan)
"Qalatasaray Çağdaş Faktoring" (Türkiyə)
"Tango Bourges Basket" (Fransa)
"Casademont Zaragoza" (İspaniya)
"Umana Reyer" (İtaliya)
"DVTK HUNTHERM" (Macarıstan)
"Zabiny Brno" (Çexiya)
"AZS UMCS Lublin" (Polşa)
"ACS Sepsi SIC" (Rumıniya)
"Kibirkstis" (Litva)
"Kızılyıldız" (Serbiya)
Təsnifat qarşılaşmaları ev-səfər formatında olmaqla 17 və 24 sentyabr tarixlərində baş tutacaq.
© Copyright 2025, All Rights Reserved