FIFA bu kluba 3 mövsümlük transfer qadağası qoydu
“Botafoqo” FIFA tərəfindən transfer qadağası ilə üzləşib və növbəti üç transfer pəncərəsində yeni futbolçular qeydiyyatdan keçirə bilməyəcək.
90plus.az xəbər verir ki, FIFA sanksiyanın 31 dekabr 2025-ci il tarixindən etibarən qüvvəyə mindiyini təsdiqləyib.
Transfer qadağası Braziliya klubu “Botafoqo”nun 2024-cü ildə Tyaqo Almadanın transferi ilə bağlı “Atlanta Yunayted”ə olan borcunu tam ödəməməsi ilə əlaqədardır. İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, Rio-de-Janeyro klubu ABŞ təmsilçisinə 21 milyon dollar ödəməli idi. Lakin bu məbləğin yalnız iki hissəsi ödənilib.
Tyaqo Almada 2024-cü ilin iyulunda 21 milyon dollar dəyərində razılaşma ilə “Botafoqo”ya keçib və hazırda məbləğin qalan hissəsi hələ də ödənilməyib.
Klub rəsmi açıqlamasında problemin qısa müddətdə həll oluna biləcəyini bildirib və transfer bazarında aktiv qalmaq niyyətini vurğulayıb:
“FIFA-nın futbolçu transferləri ilə bağlı son sanksiyası ilə əlaqədar olaraq ‘Botafoqo’ bildirir ki, son həftələrdə ‘Atlanta Yunayted’ və MLS nümayəndələri ilə Tyaqo Almada işi üzrə razılaşma əldə etmək məqsədilə konstruktiv danışıqlar aparılıb. İlsonu fasiləsi səbəbilə danışıqlar müvəqqəti dayandırılıb və tezliklə bərpa olunacaq. Klub məsələnin transfer pəncərəsindən əvvəl və ya onun əvvəlində həllini tapacağına ümid edir. ‘Botafoqo’ 2026-cı ilin yanvarında transfer bazarında çox aktiv olacaq.”
© Copyright 2026, All Rights Reserved