FIFA büdcəni azaltdı
FIFA bu yay keçiriləcək dünya çempionatı üçün əməliyyat büdcəsini 100 milyon dollardan çox azaltmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, təşkilatın əsas məqsədi gəlirlərin 90%-ni qlobal futbol daxilində yenidən bölüşdürməkdir.
Bildirilib ki, büdcə səmərəliliyinin artırılması səylərinin qarşıdan gələn FIFA prezident seçkiləri ilə bağlı olduğu iddiaları tamamilə əsassızdır.
DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved