FIFA-dan İrana çağırış - Gəlin, iştirak edin
FİFA İran millisi ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, Ali futbol qurumu İran milli komandasını qarşıdakı beynəlxalq yarışlarda iştirakla bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb. Qurumun yaydığı mesajda bütün federasiyaların əvvəlcədən müəyyən edilmiş təqvimə uyğun çıxış etməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, FİFA iştirakçı ölkələrlə daim əlaqə saxlayır və yarışların plan üzrə keçirilməsi üçün bütün tərəflərin məsuliyyətli davranmasını gözləyir.
Qeyd: Son dövrlər İran millisinin beynəlxalq turnirlərdə iştirakı ilə bağlı müxtəlif müzakirələr aparılır və bu məsələ diqqət mərkəzində qalmaqdadır.
© Copyright 2026, All Rights Reserved