FIFA-dan milli komandaya təsir edəcək qərar

FIFA-dan yeni qərar birmənalı qarşılanmadı.
90plus.az xəbər verir ki, FIFA 2026/27 mövsümündən etibarən milli komandaların oyun təqvimində mühüm dəyişikliklər edəcək. Yeni qaydalar Azərbaycan milli komandasının oyunlarına da birbaşa təsir göstərəcək.
Qərara əsasən, yeni mövsümdə ilk “milli ara” əvvəlkindən daha uzun olacaq və bu müddət vahid blok halında toplanacaq. Beləliklə, milli komandamızın ilk millətlərarası oyun dövrü 21 sentyabr – 6 oktyabr 2026 tarixlərini əhatə edəcək.
Həmin tarixlərdə komanda 4 qarşılaşma keçirəcək. Bu oyunların bir hissəsi UEFA Millətlər Liqası çərçivəsində olacaq.
Qərar 2030-cu ilə qədər qüvvədə qalacaq yeni oyun təqviminin tərkib hissəsi kimi tətbiq ediləcək. Bu dəyişikliklər milli komandanın hazırlıq planları və istirahət dövrlərinə də təsir göstərəcək.
© Copyright 2025, All Rights Reserved