FİFA-dan nəhəng əməkdaşlıq: Dünya Çempionatı oyunları “YouTube”da
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il Dünya Çempionatı ilə bağlı mühüm addım atıb.
90plus.az xəbər verir ki, qurum “YouTube” platforması ilə əməkdaşlığa başlayıb. Yeni razılaşmaya əsasən, turnir çərçivəsində keçiriləcək oyunlarla bağlı məzmunlar bu platformada da təqdim olunacaq.
Belə ki, bəzi qarşılaşmaların hissələrinin canlı yayımlanması, eləcə də oyunların icmalları, xüsusi anları və müxtəlif video materiallar “YouTube” vasitəsilə azarkeşlərə çatdırılacaq.
Bu əməkdaşlıq FİFA-nın rəqəmsal sahədə daha geniş auditoriyaya çıxmaq strategiyasının bir hissəsidir. Xüsusilə gənc izləyicilərin diqqətini cəlb etmək məqsədi daşıyan bu addım futbolun daha əlçatan olmasına xidmət edir.
Qeyd: 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək və turnir tarixində ən genişmiqyaslı yarışlardan biri olacaq.
© Copyright 2026, All Rights Reserved