FIFA mundial biletlərini sata bilmir
FİFA mundial biletlərinin satışlarında çətinlik yaşayır.
90plus.az xəbər verir ki, FIFA Klubların Dünya Çempionatı öncəsi bilet satışlarında gözlənilməz problemlərlə üzləşib. Qurum satılmamış biletlərin sayının çox olması səbəbindən narahatdır və yeni satış yolları axtarır.
Aprelin 1-də start verilən “son dəqiqə” satış mərhələsindən təxminən iki həftə keçməsinə baxmayaraq, qrup mərhələsinin 72 oyunundan 26-sı hələ də tam satılmayıb.
Məsələn, İordaniya ilə Əlcəzair millisi arasında ABŞ-ın Hyuston şəhərində keçiriləcək qarşılaşma üçün hələ də çox sayda bilet mövcuddur. Bu oyuna biletlərin qiyməti təxminən 400 ABŞ dolları civarındadır. Oxşar vəziyyət bir sıra digər oyunlarda da müşahidə olunur.
Bununla yanaşı, demək olar ki, bütün VİP paketləri də satılmayıb. Bu paketlərə premium xidmətlər və seçilmiş ev sahibi şəhərdə keçirilən bütün oyunlara giriş daxildir. Qiymətlər isə yerləşdiyi şəhər və paketin səviyyəsindən asılı olaraq, adambaşına təxminən 11 min dollardan 22 min dollara qədər dəyişir.
Məlumata görə, FİFA yaranmış vəziyyətdən çıxmaq üçün alternativ satış strategiyalarını nəzərdən keçirir.
© Copyright 2026, All Rights Reserved