FIFA The Best 2025: Ən yaxşı o oldu
"Barselona"nın ulduzu Aitana Bonmati 2025-ci ilin FIFA üzrə ən yaxşı qadın futbolçusu seçildi.
90plus.az xəbər verir ki, İsveçrə milli komandasının da oyunçusu olan Aitana Bonmati mükafatı Dohada Qətərdə keçirilən "FIFA The Best 2025" mərasimində alıb.
İspaniya millisinin üzvü qadın futbolunda özünü bir daha sübut edərək növbəti böyük fərdi uğurunu qazandı.
Bonmati həm də hazırda "Qızıl Top"un son sahibidir ki, bu da onun öz nəslinin ən fərqlənən oyunçusu olduğunu təsdiqləyir.
Bu mükafat onun həm klub, həm də milli səviyyədə möhtəşəm ilini tamamlayır və "Barselona"nı qadın futbolunda lider mövqeyinə daha da yaxınlaşdırır.
© Copyright 2025, All Rights Reserved