FIFA The Best: Ən yaxşı qadın çalışdırcı o oldu
İngiltərə yığmasının baş məşqçisi Sarina Uiegmen “FIFA The Best Football Awards” mərasimində qadınlar arasında ilin məşqçisi adına layiq görülüb. O, millini Avro-2025 turnirində qalib edib.
90plus.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Dohada keçirilən mərasimdə bu mükafat uğrunda “Çelsi”nin, “Arsenal”ın baş məşqçisinə qalib gəlib.
Uieqmen İngiltərənin Avropa çempionu titulunu qoruduğu və finalda İspaniya üzərində dramatik qələbə qazandığı turnirdən sonra bu mükafatı rekord göstərici ilə — beşinci dəfə əldə edib.
Mükafatı şəxsən almaq üçün mərasimdə iştirak etməyən xanım əvvəlcədən yazılmış video müraciətində deyib:
“Çox təşəkkür edirəm, bu mükafatı yenidən almaq mənim üçün böyük şərəfdir. FIFA-ya və səs verən hər kəsə minnətdaram.
Bu mükafat oyunçular və məşqçi heyəti üçündür. Biz böyük inam, əzmkarlıq və birlik nümayiş etdirdik və bu da bizi ikinci Avropa çempionluğuna apardı.
2026-cı ilə doğru irəliləyərkən gəlin qadın futbolunu birlikdə daha da inkişaf etdirək və hər bir oyunçunun öz potensialına çatması üçün mühit yaradaq.”
© Copyright 2025, All Rights Reserved