FIFA Türkiyə klubuna 12 xal silmə cəzası verdi
90plus.az xəbər verir ki, FIFA İntizam Komitəsi TFF 1. Liqa təmsilçisi olan "Adana Demirspor"a növbəti dəfə xal silinmə cəzası tətbiq edib.
Türkiye Futbol Federasiyası tərəfindən yayılan açıqlamada bildirilib ki, Adana təmsilçisinə ümumilikdə 2 ayrı iş üzrə 12 xalın silinməsi qərarı verilib.
Qərara əsasən, klubun mövcud xal göstəricisi daha da azalıb. Hazırda "Adana Demirspor" turnir cədvəlində -45 xalla 20-ci və sonuncu pillədə qərarlaşıb.
Qeyd: İntizam pozuntuları ilə bağlı qərarın detalları açıqlanmasa da, məsələ FIFA-nın nəzarətindədir.
© Copyright 2026, All Rights Reserved