FIFA Türkiyə klubunun 17 xalını sildi

90plus.az xəbər verir ki, iki mövsüm əvvəl Türkiyə Super Liqasında Avropa kuboklarına vəsiqə qazanan, ötən mövsüm isə maliyyə problemləri səbəbilə birinci liqaya düşən “Adana Dəmirspor”a daha bir cəza tətbiq edilib.
FIFA-nın İntizam Komitəsi “Adana Dəmirspor” klubuna əlavə 6 xal silinməsi cəzası verib. Artıq daha öncə aldığı cəzalarla -11 xalda olan komandanın xalı -17-yə enib.
Beləliklə, “Adana Dəmirspor” Türkiyə 1-ci Liqasında sonuncu pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved