FIFA və UEFA-dan İsraillə bağlı qərar - İFF açıqladı
İsrail Futbol Assosiasiyası İranla hərbi münaqişə fonunda yerli komandalarının beynəlxalq turnirlərdən mümkün kənarlaşdırılması barədə yayılan iddiaları şərh edib.
90plus.az xəbər verir ki, bu iddialar təsdiqlənməyib.
“FIFA və UEFA-dan milli komandamızı və klublarımızı beynəlxalq yarışlardan kənarlaşdırmaq üçün hər hansı müraciət gəlibmi? Xeyr. Hər şey qaydasındadır. Biz narahat deyilik,” – deyə açıqlamada bildirilib.
Fevralın sonunda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlar həyata keçirib. İran isə buna cavab olaraq İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirib.
© Copyright 2026, All Rights Reserved