Fil Foden yayda “Man Siti”dən ayrıla bilər
Fil Foden yayda “Mançester Siti”dən ayrıla bilər.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu Fil Foden yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Məlumata görə, ingilis futbolçu son vaxtlar az oyun praktikası əldə etdiyi üçün vəziyyətdən narazıdır. Əgər yaxın aylarda yeni müqavilə ilə bağlı razılıq əldə olunmasa, Foden Avropanın digər klublarından birinə transfer variantını nəzərdən keçirəcək.
Bildirilir ki, baş məşqçi Pep Qvardiola son 5 oyunun 4-də futbolçunu ehtiyat oyunçular skamyasında saxlayıb. Bu da futbolçunun gələcəyi ilə bağlı sualları artırıb.
Football Insider yazır ki, Fodenlə Avropanın bir neçə top klubu maraqlanır və yayda onun transferi reallaşa bilər.
© Copyright 2026, All Rights Reserved