Finalı rumın hakim idarə edəcək

UEFA Çempionlar Liqasının final oyununu idarə edəcək hakim heyəti müəyyənləşib.
90plus.az xəbər verir ki, Fransa təmsilçisi PSJ ilə İtaliyanın “İnter” komandası arasında baş tutacaq final qarşılaşmasında Rumıniyadan olan hakimlər çalışacaq. Görüşün baş hakimi İştvan Kovaç olacaq, ona yan xətt hakimləri Mixay Marika və Ferens Tunyoqi yardım edəcəklər.
Dördüncü hakim rolunu isə Portuqaliyadan Yuan Pineyru yerinə yetirəcək.
Qeyd: Final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
© Copyright 2025, All Rights Reserved